Rusiyada 17 yaşlı azərbaycanlı qətlə yetirildi

rusiyada-17-yasli-azerbaycanli-qetle-yetirildi
Oxunma sayı: 4499

Rusiyanın Şaripovo şəhərində azərbaycanlı gənc bıçaqlanaraq öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə münaqişə zəminində baş verib. Qətlə yetirilən şəxsin Cəlilabad rayon sakini, 17 yaşlı İsmayıl Fətəliyev olduğu bildirilir.

Məlumata görə, İsmayıl Fətəliyev aldığı bıçaq xəsarətləri nəticəsində hadisə yerində həyatını itirib.

Mərhumun cənazəsi doğmalarının yaşadığı Cəlilabad rayonuna gətirilərək dəfn ediləcək.

Surxay Şahbazov