Rusiyada “An-2” tipli təyyarə radardan itdi

rusiyada-an-2-tipli-teyyare-radardan-itdi
Oxunma sayı: 1294

Rusiyanın Kamçatka diyarında “An-2” tipli təyyarə radarlardan itib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) yayıb.

Bildirilib ki, yükdaşıyan təyyarənin göyərtəsində 3 nəfər var. Onların ikisi pilot, biri isə yükü müşayiət edən şəxsdir.

Məsələ ilə bağlı xilasetmə əməliyyatı başladılıb. Təyyarənin axtarışları üçün iki “Mi-8T” helikopteri göndərilib.