Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Federal Nəzarət Xidməti (“Rospotrebnadzor”) Ermənistan istehsalı olan “Cermuk” mineral sularının ölkəyə idxalını və satışını tamamilə dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun rəsmi “Maks” messencer kanalında bəyanat yayılıb.
Məlumata görə, buna səbəb markalanmadakı uyğunsuzluq və suyun tərkibindəki maddələrin normadan artıq olmasıdır.
Rəsmi açıqlamada bildirilir ki, sözügedən sanitariya qərarı müvəqqəti xarakter daşıyır və bu gündən etibarən qüvvəyə minib. Qadağa Ermənistanın “Cermuk Qrup” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən istehsal olunan qazlı mineral sularının bütün partiyalarına şamil edilir.
Qeyd olunub ki, “Rospotrebnadzor”un ekspertiza rəyinə əsasən, sözügedən mineral suyun tərkibindəki hidrokarbonat, xlorid və sulfatların konsentrasiyası Avrasiya İqtisadi İttifaqının (Aİİ) texniki reqlament normativlərini kəskin şəkildə üstələyir. Bu səbəbdən “Cermuk” sularının ittifaq ərazisində satışı qeyri-qanuni hesab olunur.
Son xəbərlər
Son Xəbərlər