Rusiyada saxlanılan etirazçılara çağırış vərəqələri verilib

rusiyada-saxlanilan-etirazcilara-cagiris-vereqeleri-verilib
Oxunma sayı: 3568

Xəbər verdiyimiz kimi, dünən Rusiyanın bir neçə şəhərində səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı 38 şəhər üzrə 1400-dən çox insan saxlanılıb.

“Qafqazinfo” “Meduza” nəşrinə istinadən xəbər verir ki, Moskva və Voronej şəhərlərində aksiyalar zamanı saxlanılan şəxslərə hərbi komissarlıqlar tərəfindən çağırış vərəqələri verilib. 

Məlumata görə, saxlanılanlardan biri çağırış vərəqəsini imzalamaqdan imtina etdiyinə görə onu cinayət işi ilə hədələyiblər. 

Bildirilir ki, Voronejdə 8 saylı polis bölməsində də saxlanılan aksiya iştirakçılarına çağırış vərəqələri verilib.