Rusiyadakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

rusiyadaki-partlayisda-olenlerin-sayi-artdi
Oxunma sayı: 1774

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndindəki pirotexnika zavodunda partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində beş nəfər həlak olub, bir nəfər xəsarət alıb.

***

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəticəsində həlak olanların sayı 10-a çatıb.

“112” teleqram kanalı da 10 nəfərin həlak olduğunu bildirir və qeyd edir ki, yanğın baş verən zaman binada ümumilikdə 15 nəfər olub. Onlardan dördünün taleyi hələlik məlum deyil və axtarış işləri davam edir. Bir nəfər xəstəxanaya yerləşdirilib.