“Rusiya Federasiyası Kiyevdə hökumət binalarına hücumlar üçün zəmin hazırlayır”.
“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukraynanın Rusiya lideri Vladimir Putinin Novqoroddakı iqamətgahına PUA hücumu etməsi iddiası ilə bağlı bəyanatını şərh edərkən bildirib.
“Rusiyadan daha bir yalan. Aydındır ki, dünən bizim Trampla görüşümüz olub. Və aydındır ki, ruslar üçün Amerika ilə qalmaqalımız yoxdursa və irəliləyişimiz varsa, onlar üçün uğursuzluqdur. Çünki onlar bu müharibəni bitirmək istəmirlər”, - Zelenski əlavə edib.
Son xəbərlər
Son Xəbərlər