Rusiyadan gələn yük avtomobili yandı - Video - Yenilənib

rusiyadan-gelen-yuk-avtomobili-yandi
Oxunma sayı: 760

Cəlilabad rayonunda yük avtomobili yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Rusiya vətəndaşı Şapi Maqammedovun idarə etdiyi yük maşınında yanğın baş verib. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğın nəticəsində avtomobilə ciddi ziyan dəyib, xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 179-cu kilometrliyində yük avtomobilində yanğın baş verib.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “DAF” markalı yük avtomobilinin kabina hissə baş vermiş yanğın genişlənərək avtomobilin qoşqu hissəsinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin kabina hissəsi yanıb.

Qoşqu yanğından mühafizə olunub.