Rusiyalı müğənniyə ölümcül xəstəlik diaqnozu qoyuldu

rusiyali-mugenniye-olumcul-xestelik-diaqnozu-qoyuldu
Oxunma sayı: 2374

Məşhur rusiyalı müğənni Aleksandr Buynova 4-cü dərəcəli prostat xərçəngi diaqnozu qoyulub.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, müğənninin vəziyyəti noyabr ayında pisləşdiyindən Moskvada xəstəxanaya yerləşdirilib.

Həkimlər onun xəstəliyinin son və sağalmaz mərhələdə olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, sənətçidə xəstəlik ilk dəfə 2000-ci illərdə aşkar edilib. Həkimlər onun üzərində dəfələrlə əməliyyat keçirib, metastazları aradan qaldırıblar.

Xatırladaq ki, o, “Padayut listya”, “Pust”, “Gorkiy med”, “Ya znal lyubov” və başqa mahnıları ifa edib.