Rusiyalı qapıçı matç zamanı öldü

rusiyali-qapici-matc-zamani-oldu
Oxunma sayı: 486

Rusiyanın “Soyuz İnjenerov” futbol komandasının qapıçısı Aleksey Mayorov Vladimir şəhərində keçirilən oyun zamanı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Vladimir Şəhər Futbol, ​​Çimərlik Futbolu, Mini-futbol və Futzal Federasiyası məlumat yayıb.

Məlumata görə, 46 yaşlı idmançının oyun zamanı qəfil halı pisləşib. Meydançaya tibb işçiləri çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.