Rusiyalı senator saxlanıldı - Adam öldürtmək üçün killer tutubmuş

rusiyali-senator-saxlanildi
Oxunma sayı: 2343

Rusiyada Tula vilayətinin senatoru Dmitri Savelyev Federasiya Şurasının iclasından çıxarkən saxlanılıb.

“Qafqazinfo” “SHOT” teleqram kanalına istinadən xəbər verir ki, siyasətçi tərəfdaşı İonovun qətlinin təşkilində şübhəli bilinir.

Məlumata görə, Savelyev bunun üçün 100 min dollar ödəyib və killer tutub.  

Savelyev güman edirdi ki, onun biznes tərəfdaşı şirkətin bütün pullarını xərcləyib, daha sonra isə onu öldürmək istəyirdi.

Killer isə tapşırığı yerinə yetirmək əvəzində hüquq-mühafizə orqanlarına müraciət edib və bütün məlumatı təqdim edib.

Xatırladaq ki, Savelyev 2016-cı ildən senatordur.