“Rusiyanın Azərbaycana münasibəti ikiyəbölünmüşlükdür” - Video

rusiyanin-azerbaycana-munasibeti-ikiyebolunmuslukdur
Oxunma sayı: 4494

“Rusiyanın Azərbaycana olan münasibəti ikilidir. Bir yandan Azərbaycana ehtiyacı var və bunu bilir. O biri yandan, elə bunu bildiyinə görə çox acıqlı davranır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Erkin Qədirli Baku TV-nin efirində Azərbaycan-Rusiya münasibətlərini şərh edərkən deyib. 

Azərbaycan və Rusiya dövlətləri arasında geopolitik səbəblərdən münasibətlərin heç vaxt normal olmadığını dilə gətirən millət vəkili bunun heç də Azərbaycandan qaynaqlanmadığını açıqlayıb: “Rusiya Azərbaycana qarşı açıq münasibət göstərə bilmir. Sanki, dost kimi davranmağa çalışır. Buna akademik ədəbiyyatda hesablanmış ikiyəbölünmüşlük deyirlər”.

Daha ətraflı videoda: