Rustov-Xanəgah yolunda torpaq sürüşməsi - Video

rustov-xanegah-yolunda-torpaq-surusmesi
Oxunma sayı: 283

Qubada bir neçə dağ kəndini rayon mərkəzi ilə birləşdirən Rustov-Xanəgah yolunda torpaq sürüşməsi olub.

“Qafqazinfo” xəbər verir ki, sürüşmə yolun 7-ci kilometrliyində qeydə alınıb.

Nəticədə yolun asfalt örtüyündə çatlar yaranıb.

Hazırda sürüşmənin baş verdiyi ərazidə avtomobillərin təhlükəsizliyinin təmin olunması məqsədilə xəbərdaredici lentlər çəkilib.

Əraziyə Quba rayon Fövqəladə Hallar Komissiyası və digər aidiyyəti qurumlar tərəfindən baxış keçirilib.

Daha ətraflı “Xəzər TV”nin süjetində: