Saakaşvili Gürcüstanda saxlanıldı

saakasvili-gurcustanda-saxlanildi
Oxunma sayı: 5344

Mixail Saakaşvili Gürcüstanda saxlanılıb. 

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidentinin tutulması barədə məlumatı Baş nazir İrakli Qaribaşvili keçirdiyi brifinqdə bildirib. 

"Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili saxlanılıb və  cəzaçəkmə müəssisəsinə köçürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həbs prosedurunu ən yüksək səviyyədə həyata keçiriblər", - deyə Qaribaşvili vurğulayıb. Gürcü Baş nazir Saakaşvilinin harada saxlanıldığını açıqlamayıb.

Xatırladaq ki, M.Saakaşvili öz feysbuk hesabında video yayaraq Batumi şəhərində olduğunu açıqlamışdı. Gürcüstanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti isə Saakaşvilinin rəsmi şəkildə ölkə sərhədini keçmədiyini bildirmişdi.