Saakaşvilidə 17 xəstəlik aşkarlandı

saakasvilide-17-xestelik-askarlandi
Oxunma sayı: 3648

Həkimlər Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilidə 17 xəstəlik aşkarlayıb. 

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə onun qardaşı Giorgi Saakaşvili bildirib:

“Səhv etmirəmsə, onun 14 diaqnozu vardı və son günlər üçü də qoyuldu. Qardaşımın xarici klinikaya köçürülməsinə ehtiyac var. Bunun üçün vəziyyəti əcnəbi ekspertlər öyrənməlidir. Həmçinin o, demək olar ki, heç nə yemir və 11 kiloqram arıqlayıb”.

Qeyd edək ki, Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur. Gürcüstanın sabiq prezidenti 2021-ci il oktyabrın 1-də ona qiyabi olaraq verilən iki hökm əsasında saxlanılıb. O, altı il həbs cəzası alıb. Daha 3 iş isə məhkəmə icraatındadır.