“Saatlardır Biləsuvar gömrük postunda qalmışıq, səbəbini bilmirik” - Video

saatlardir-bilesuvar-gomruk-postunda-qalmisiq-sebebini-bilmirik
Oxunma sayı: 1429

Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlar Biləsuvar gömrük postunda problemlə üzləşib.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb.

Vətəndaşlardan biri bununla bağlı video çəkib. O bildirib ki, saatlardır soyuq havada gözləyirlər: “Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkir. Lakin hər hansı məlumat verilmir, səbəbini bilmirik”.

“Qafqazinfo” məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlayıb.

Həmin görüntüləri təqdim edirik: