Saatlıda Dövlət Proqramından irəli gələn məsələlər müzakirə olundu - Fotolar

saatlida-dovlet-proqramindan-ireli-gelen-meseleler-muzakire-olundu
Oxunma sayı: 165

Azərbaycan Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın rayonlarda icrası ilə bağlı Saatlı rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyəti və inkişaf perspektivləri araşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşı İzzət Talıbov, rayonda yaradılmış qərargah üzvləri Saatlı rayonunda fəaliyyət göstərən bir sıra kənd təsərrüfatı müəssisələrində olub. 

Səfər çərçivəsində “Alles” MMC-də ərzaqlıq buğda məhsulunun istehsalı və ət istehsalının artırılması, “İD-Aqropark” MMC-də intensiv nar və badam bağları və müasir istixana kompleksi, “İlk-aqro və heyvandarlıq” MMC-də ərzaqlıq buğda məhsulunun istehsalı, “BFT Cheesella” MMC-də süd məhsullarının istehsalı, “Müstəqil” KFT-də intensiv nar, nektarin, şaftalı, gilas və ərik bağları və “Həbib” KFT-də intensiv bağçılıq  istiqamətində həyata keçirilən layihələrə baxış keçirilib və mövcud imkanlar nəzərdən keçirilib. Eyni zamanda kənd təsərrüfatı istehsalının genişləndirilməsi üçün müasir texnologiyalardan istifadə, suvarma və torpaq ehtiyatlarının səmərəli idarə olunması və məhsuldarlığın artırılması ilə bağlı məsələlərə diqqət yetirilib. 

Təsərrüfatlara baxış keçirildikdən sonra Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Proqramının icrası ilə əlaqədar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin rəhbərlərinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Qərargah üzvlərinin iştirakı ilə görüş keçirilib.

Görüş zamanı Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov bildirdi ki, Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib: “Bu proqram qarşıdakı illərdə aqrar sahənin daha da inkişaf etdirilməsi, kənd təsərrüfatı istehsalının artırılması, fermerlərin fəaliyyətinin dəstəklənməsi və kənd yerlərində məşğulluğun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı icrasına başlanılan Dövlət Proqramı və rayon iş planı nəzərdə tutulan hədəflərə nail olmaq üçün Saatlı rayon əməkçilərini, istehsalçılarını və aidiyyəti dövlət qurumlarını məhsul istehsalı və emalı sahələrində məhsuldarlığın artırılmasında daha da məsuliyyətli çalışmağa sövq edib”.

O, həmçinin qeyd edib ki, rayonun kənd təsərrüfatı potensialından daha səmərəli istifadə edilməsi, münbit torpaqlı əlavə əkin sahələrinin dövriyyəyə cəlb olunması, torpaqlardan düzgün və səmərəli istifadə, müasir aqrotexniki tədbirlərin tətbiqi və suvarma imkanlarının genişləndirilməsi məhsuldarlığın yüksəldilməsi məqsədilə daim diqqət mərkəzində saxlanılmalıdır: “Ümidvarıq ki, aidiyyəti qurumların və kənd təsərrüfatı ilə məşğul olan məhsul istehsalçılarının və fermerlərin birgə səyləri nəticəsində 2026-2030-cu illər üçün Dövlət Proqramında müəyyən edilmiş vəzifələrin rayonumuzda uğurla həyata keçirilməsinə nail olacağıq”.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov bildirdi ki, Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” nın icrası aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndilrilməsi, istehsal potensialının artırılması istiqamətində mühüm əhəmiyyətə malikdir: “Dövlət proqramında  qarşıya qoyulan əsas vəzifələrdən biri də nəzərdə tutulmuş tədbirlərin vaxtında və səmərəli icrasının təmin edilməsidir. Bu istiqamətdə yerli icra hakimiyyəti, aidiyyəti dövlət qurumları, fermerlər və sahibkarlar arasında koordinasiyanın gücləndirilməsi vacibdir.

Dövlət Proqramının uğurlu icrası üçün hər bir aidiyyəti qurum öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməli, qarşıya qoyulan hədəflərin icrasına nəzarət gücləndirilməli, görülən işlər üzrə mütəmadi monitorinq aparılmalı və nəticələr təhlil edilməlidir”.

İclasın sonunda Saatlı rayonunda Dövlət Proqramının icrasının təmini məqsədilə mövcud imkanlardan daha geniş istifadə olunmaqla, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.