Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, son oyun günündə “Şəfa” son çempion “Sabah”ı qəbul edib.
“SOCAR Polymer Arena”da keçirilən qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Patrik Mbina, Abdulah Xaybulayev və Velko Simiç vurublar.
Hazırda bir oyun az keçirən “Sabah” 12 xalla 1-ci, aktivində 3 xalı olan “Şəfa” isə 10-cu sırada yer alıb.
Qeyd edək ki, əvvəlki oyunlarda “Neftçi” “İmişli”yə 3:2, “Kəpəz” “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” – “Şamaxı” (1:1), “Araz-Naxçıvan” – “Turan Tovuz” (2:2) və “Zirə” – “Qarabağ” (1:1) görüşləri isə heç-heçə ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər