Sabah bu ərazilərdə işıq olmayacaq - Yenilənib

sabah-bu-erazilerde-isiq-olmayacaq
Oxunma sayı: 1914

Cəlilabadda 44 yaşayış məntəqəsi üzrə 8033 abonent işıqsız qalacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Cəlilabad Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, sabah saat 10:00-dan 13:00-dək yararsız naqillərin yenilənməsi işləri ilə əlaqədar Kövüzbulaq, Zəhmətabad, Edişə Musalı, Ləkin, Əsədli, Şatırlı, Badamağac, Buravar, Qarakazımlı, Dələli, Moranlı, Sarxanlı, Zərbəli, Mikayıllı, Qarğılı, Təklə, Abazallı, Babalı, Boyxanlı, Məlikqasımlı, Məşədilər, Dostallı, Novruzallı, Şötüklü, Yusifli, Cəngan, Ağusəm, Çinar, Fərəcullalı, Ləzran, Soltankənd, Tahirli, Cəlayir, Lallar, Mirzəli, Xanəgah, Çəmənli, Pərdi, Türkelli, Şorbaçı, Mədətli, Məmmədrzalı və Şükürlü kəndlərinin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.

***

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrində təmir işləri həyata keçiriləcək.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Tağı Şahbazi küçələri və İkinci Alatava yaşayış massivinin bir hissəsində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xətai RETSİ-nə daxil olan Kazımağa Kərimov küçəsində saat 10:00-dan 15:00-dək 10 kV-luq elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Abşeron RETSİ ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında yenidənqurma işləri icra olunacaq. Planlı fasilə saat 01:00-dan 03:00-dək Mazasır qəsəbəsi Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev, Əliağa Vahid küçələrinin bəzi ərazilərini əhatə edəcək.

Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 35 kV-luq "Cəlayir" hava xəttində həyata keçiriləcək təmir işləri zamanı saat 10:00-dan 13:00-dək Cəngan, Fərdi, Qarakazımlı, Lallar, Ləkin kəndlərinin bir sıra hissələrində enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.