Sabah dəniz havası olacaq

sabah-deniz-havasi-olacaq
Oxunma sayı: 277

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. 

“Qafqazinfo” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah çimərliklərdə şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27,
cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.