Bolqarıstan Prezidenti istefa verdi

bolqaristan-prezidenti-istefa-verdi
Oxunma sayı: 2505

Bolqarıstan Prezidenti Rumen Radev doqquz illik fəaliyyətindən sonra gözlənilmədən vəzifəsindən istefa verdiyini elan edib.

“Qafqazinfo” xəbər verir ki, Bolqarıstan lideri bu barədə xalqa müraciətini özünün “Facebook” səhifəsində canlı yayım vasitəsilə çatdırıb.

“Sabah Bolqarıstan Respublikasının Prezidenti vəzifəsindən istefa verəcəyəm. Qeyd etmək istərdim ki, bu doqquz il ərzində vitse-prezidentlə mən ortaq bir məqsədlə birləşərək səmərəli və həmrəy işləyə biləcəyimizi nümayiş etdirdik. Əminəm ki, İliana Yotova layiqli bir dövlət başçısı olacaq və bu doqquz il ərzində göstərdiyi dəstəyə görə ona təşəkkür etmək istəyirəm”, – deyə o vətəndaşlara səslənib.

Xatırladaq ki, dekabr ayında Bolqarıstanın Baş naziri Rosen Jelyazkov da ölkədəki etirazlar fonunda kabinetinin istefa verdiyini elan etmişdi.