Misli Premyer Liqasının lideri “Sabah” PSJ-nin qapıçısı Bilal Laurendonla anlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
Bildirilib ki, Paris təmsilçisi ilə yayda müqaviləsi başa çatan 20 yaşlı futbolçu Masazır təmsilçisinə azad agent kimi keçəcək.
Mərakeş millisinin üzvü ilə sözləşmənin detalları razılaşdırılıb.
Qeyd edək ki, Bilal Laurendon 2019-cu ildən PSJ-nin akademiyasındadır. O, parislilərin əsas komandasında debüt etməsə də, bir neçə matçda iştirak ərizəsində yer alıb.
Son xəbərlər
Son Xəbərlər