UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da bu gün meydana çıxacaq.
Valdas Dambrauskasın komandası Danimarka səfərində “Orhus”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Bu cütün qalibi pley-offda “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Mərhələnin uduzan tərəfi isə Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, “Sabah”la “Orhus” arasında cavab matçı avqustun 11-də Masazırda keçiriləcək.
5 avqust
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
20:30. “Orhus” (Danimarka) – “Sabah” (Azərbaycan)
Hakimlər: Rade Obrenoviç, Aleksandar Kasapoviç, Qreqa Kordej (Sloveniya)
Randers. “Cepheus Park”.
***
Komandaların start heyətləri bəlli olub:
“Orhus”: 21 Kristiansen, 25 Rösler, 5 Tinqager, 19 Kal, 23 Andersson, 4 Knudsen, 16 Yönsson, 39 Emeri, 31 Bek, 28 Boqere, 10 Arnstad (k).
Ehtiyat oyunçular: 1 Hansen (qapıçı), 7 Solbakken, 8 Yörgensen, 11 Links, 13 Serra, 20 Kristiansson, 26 Andersen, 27 Çamçe, 29 Karstensen, 44 Kamara, 45 Storx, 46 Senquba.
“Sabah”: 92 Stas Pokatilov (k), 27 Puxaç, 5 Rəhman Daşdəmirov, 3 Stiv Solvet, 80 Akim Zedadka, 13 İvan Lepinitsa, 7 Umarali Raxmonaliyev, 10 Aleksey İsayev, 21 Velko Simiç, 20 Coy-Lens Mikels, 11 Kahim Parris.
Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 4 Aden Makarti, 6 Abdulah Xaybulayev, 8 Kristian Nvaçukvu, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 23 Yunes Laşab, 33 Erivaldo Almeyda, 34 Xander Severina, 88 Rodriqo Fernandeş, 99 Orfe Mbina.
***
“Sabah” klubu yaydığı məlumatda oyunun saat 21:10-da başlanacağını bildirib.
***
Matç başladı.
***
Ceyms Boqere 31-ci dəqiqədə hesabı açır.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Ceyms Boqere 63-cü dəqiqədə dublunu rəsmiləşdirir.
***
Velko Simiç 67-ci dəqiqədə fərqi azaldır.
***
Stiv Solvet 90-cı dəqiqədə hesabı bərabərləşdirsə də, ofsayd səbəbindən qol qeydə alınmır.
***
Matç 2:1 rəqibin qələbəsi ilə başa çatır.





Son xəbərlər
Son Xəbərlər