“Sabah” basketbol klubu Azərbaycan çempionu olub.
“Qafqazinfo” xəbər verir ki, Masazır təmsilçisi final seriyasının hər 3 oyununda “Abşeron Lions”a qalib gəlib.
Sonuncu matçda da 108:95 hesablı qalibiyyətə sevinən “Sabah” qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, “Sabah”ın futbol komandası da Azərbaycan çempionu olub.
Son xəbərlər
Son Xəbərlər