Sabiq nazir Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri oldu

sabiq-nazir-abseron-xizi-regional-tehsil-idaresinin-mudiri-oldu
Oxunma sayı: 241

Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

Bildirilib ki, İlhamə Abdullayeva isə vəzifəsindən azad edilərək MÜTDA-da şöbə müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir neçə ay əvvəl Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib.