Sabirabaddakı qəzada ölənlərin kimliyi bilindi - Yenilənib

sabirabaddaki-qezada-olenlerin-kimliyi-bilindi
Oxunma sayı: 3718

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə rayonun Nizami kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “QAZ-24” markalı avtomobil qarşıdan gələn yük avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər kənd sakini hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölənlərin kimliyi məlum olub.

Vəfat edənlər hadisə zamanı minik avtomobilində olan kənd sakinləri Cəmil Məmmədli, Nihad Məmmədli və Fərid Hümbətovdur.

Ziya Əmirxanlı