8 Noyabr - Zəfər Günü münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin kollektivi Zəfər parkını ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, ziyarət zamanı vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə Azərbaycan xalqının birliyinin, milli həmrəyliyinin və müzəffər ordumuzun qəhrəmanlığının təcəssümü kimi dəyərləndirilir.
Şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olacaq.





Son xəbərlər
Son Xəbərlər