Sabunçunun yeni prokuroru o oldu

sabuncunun-yeni-prokuroru-o-oldu
Oxunma sayı: 12649

Sabunçu rayonuna yeni prokuror təyin edilib. 

“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Sabunçunun yeni prokuroru vəzifəsinə Dadaşov Murad Natiq oğlu təsdiqlənib.

M. Dadaşov bundan əvvəl Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi işləyib.​

Qeyd edək ki, bir neçə gün əvvəl Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilmişdi.

Sail Ağasəlim