“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov qəfil vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 61 yaşlı funksioner bu gün dünyasını dəyişib.
Qeyd edək ki, S. Sadıqov 2009-2015-ci illərdə “Neftçi”nin prezidenti olub.
Sadıq Sadıqovun prezident olduğu dövrdə “Neftçi” 3 dəfə Azərbaycan çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb.
Sadıq Sadıqov son olaraq “Neftçi” İdman Klubunun İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini icra edirdi.
Son xəbərlər
Son Xəbərlər