Şadlıq sarayının pilləkənlərindən yıxılan 36 yaşlı kişi öldü

sadliq-sarayinin-pillekenlerinden-yixilan-36-yasli-kisi-oldu
Oxunma sayı: 5908

Bakının Nizami rayonunda yerləşən “Şərq” şadlıq sarayında bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvəl 1989-cu il təvəllüdlü paytaxt sakini Orxan Məhəmməd oğlu Qarayev Bəkir Çobanzadə küçəsində yerləşən şadlıq sarayının pilləkənlərindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş O.Qarayev dünən xəstəxanada vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Aslan Vəliyev