20 avqust saat 15:00-dan etibarən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi yekunlaşır.
“Qafqazinfo” Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) istinadən xəbər verir ki, sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 7 sentyabr saat 12:00-da dayandırılacaq.
Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.
Son xəbərlər
Son Xəbərlər