Şahbuzda maşın aşdı, 76 yaşlı qadın öldü

sahbuzda-masin-asdi-76-yasli-qadin-oldu
Oxunma sayı: 258

Naxçıvanın Şahbuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza Şahbuz-Batabat magistralında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-21013” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişin Şahbuz rayonunun Biçənək kənd sakini, 1950-ci il təvəllüdlü Əsli Cəlil qızı Cəlilova həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı