Şahruddin Səudiyyə Ərəbistanına gedib Zubirlə görüşdü - Foto

sahruddin-seudiyye-erebistanina-gedib-zubirle-gorusdu
Oxunma sayı: 898

“Qarabağ”ın futbolçusu Şahruddin milli komandalar üçün yaranmış fasilədən istifadə edərək Səudiyyə Ərəbistanına yollanıb.

“Qafqazinfo” xəbər verir ki, yığmaya dəvət almayan qolkiper bu ölkədə sabiq komanda yoldaşı Abdullah Zubirlə görüşüb.

Səudiyyə Ərəbistanının “Əl-Uroba” klubunda çıxış edən Zubir fotonu “Instagram” hesabında paylaşıb.

Qeyd edək ki, A.Zubir bu yay “Qarabağ”dan “Əl-Uroba”ya keçib.