Şahzadə Harrinin təhlükəsizliyi gücləndiriləcək

sahzade-harrinin-tehlukesizliyi-guclendirilecek
Oxunma sayı: 181

Böyük Britaniya hökuməti Sasseks hersoqu şahzadə Harrinin ölkədə olduğu vaxt təhlükəsizliyinin necə təmin olunacağını yenidən nəzərdən keçirir.​

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Daily Telegraph” nəşri məlumat yayıb.

Qəzet yazır ki, buna səbəb onun Daxili İşlər Nazirliyinə müraciət edərək özünə qarşı mümkün təhlükələrin yenidən qiymətləndirilməsini xahiş etməsi olub.

Məlumata görə, kral ailəsinin və tanınmış şəxslərin təhlükəsizliyi məsələləri ilə məşğul olan İcraiyyə Komitəsi son 6 ildə ilk dəfə olaraq yenidən qiymətləndirmə aparılması barədə göstəriş verib.

Qeyd edək ki, Harri kral ailəsi üzvü statusundan imtina etdikdən sonra xüsusi mühafizədən məhrum edilmişdi.