Danimarkada qadınlar üçün məcburi hərbi xidmət tətbiq olunduqdan sonra Şahzadə İzabella tarixi bir qərar verib.
“Qafqazinfo”nun məlumatına görə, yeni qanunlara əsasən, 18 yaşlı şahzadə hərbi xidmətdən azad edilmədən orduda xidmət edəcək.
Şahzadə 2026-cı ilin avqustunda Slagelsedəki Mühafizə Süvari Alayında təlimə başlayacaq. O, kazarmada ümumilikdə 11 ay müddətində xidmət edəcək və digər əsgərlərlə eyni şərtlər altında əsas hərbi təlim və əməliyyat vəzifələrini yerinə yetirəcək.
İzabellanın bu qərarı ölkədə sosial bərabərliyin simvolu kimi qiymətləndirilib.
Son xəbərlər
Son Xəbərlər