Xəbər verdiyimiz kimi, Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi və ətraf ərazilər güclü yağışlar səbəbilə ciddi zərər görüb, şairin fotosunun yer aldığı xatirə lövhəsi də aşıb.
“Qafqazinfo” xəbər verir ki, ötən gün axşam saatlarında şairin əmisi nəvəsi Reyhan İsmayılzadə yenidən məlumat paylaşaraq, lövhənin əvvəlki yerinə qaytarıldığını bildirib.
“İstəyimiz şairin adına layiq, dünya standartlarına cavab verəcək şəkildə muzeydə və ətraf ərazidə yenidənqurma işlərinin aparılmasıdır. Həmçinin, möhkəm bir körpünün tikilməsi, gələcəkdə baş verə biləcək təbii fəlakətlərin qarşısını almaq üçün tədbirlərin görülməsidir. Mənfi düşünmək istəməsəm də, bir neçə ildir yaşanan hadisələr onu göstərir ki, bu kimi fəsadlar bizi yenidən gözləyə bilər”, - o vurğulayıb.
Qeyd edək ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə verdiyimiz sorğunun əsasında bəlli olmuşdu ki, Mikayıl Müşfiqin xatirə muzeyi qısa müddətdə əsaslı təmirə dayandırılacaq.
Əvvəl
.jpg)
Sonra

Son xəbərlər
Son Xəbərlər