Salyanda iki yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində “Volvo” markalı yük maşını ilə “VAZ-2107” markalı minik avtomobili toqquşub.
Qəzada avtomobillərin sürücüləri - Bakı sakini, 1985-ci il təvəllüdlü Tağıyev Sərxan Hicran oğlu və Neftçala rayonundan 1963-cü il təvəllüdlü Kərimov Əlvan Mikayıl oğlu, həmçinin minik avtomobilində olan sərnişinlər - Neftçala rayon sakinləri, 1984-cü il təvəllüdlü Eyniyeva Şəhla Ağacan qızı, 2013-cü il təvəllüdlü E.F., 2015-ci il təvəllüdlü E.R. müxtəlif dərəcəli xəsarətlər alıblar.
Digər hadisə isə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Şəlalə Məmmədovanın idarə etdiyi minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı avtomobilin sürücüsü və sərnişinlər - Bakı şəhər sakinləri, 1977-ci il təvəllüdlü Məmmədova Könül Əli qızı, 2022-ci il təvəllüdlü M.T. müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər