Salyanda yük maşınları toqquşdu - Sərnişin maşında sıxıldı

salyanda-yuk-masinlari-toqqusdu
Oxunma sayı: 438

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hərəkətdə olan “Ford Transit” markalı avtomobil yük maşını ilə toqquşub. Nəticədə “Ford Transit” yol kənarına düşüb.

Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin yoldan keçən şəxslərin köməkliyi ilə çıxarılıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı