Şamaxıda “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” adlı konfrans - Fotolar

samaxida-ulu-onder-heyder-eliyev-ve-dovlet-qadin-siyaseti-adli-konfrans
Oxunma sayı: 182

Şamaxıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” adlı konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai xadimlər və alimlər, rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələri üzvləri, qazilər və gənclər iştirak ediblər.

Öncə iştirakçılar Ümummilli Liderin abidəsini ziyarət edib önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirin əvvəlində dövlət himni səsləndirilib, daha sonra Ulu Öndərin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Konfrans çərçivəsində “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda sənədli film nümayiş olunub.

Çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları - Tamam Cəfərova, Mehriban Vəliyeva, Elçin Mirzəbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Quliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor Rəna Mirzəyeva, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin İdarə heyətinin sədri Səkinə Babayeva, rayon Ağsaqqallar Şurasının üzvü, həkim Nəzakət Abdulrazaqova və tədbirin keçirildiyi Şamaxı Avropa Liseyinin direktor vəzifəsini icra edən Sahil Şirinov Azərbaycan qadınının cəmiyyətimizdəki mərtəbəsini və rolunu, onun həm tarix boyu, həm də müasir dövlət siyasəti çərçivəsində yüksək dəyərləndirildiyini qeyd ediblər.

Müasir Azərbaycan qadınını dünyada təmsil edən Birinci vitse-prezident Mehriban Əliyevanın Vətənə və xalqa xidməti həyat amalına çevirən, nəcibliyi və xeyirxah əməlləri ilə əsl Azərbaycan xanımının siması olduğu qeyd olunub.

Ümummilli Liderin ideyalarının həyata keçirilməsi və onun zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması məqsədilə yaradılmış və Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa olunmuş, konfransın keçirildiyi Şamaxı Avropa Liseyinə görə rayon sakinləri adından minnətdarlıq ifadə olunub.

Tədbirin bədii hissəsində Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin ifasında konsert proqramı nümayiş olunub.