Paytaxtın Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində, “Şamaxinka” tunelindən çıxış hissədə nəqliyyat vasitələrindən birində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bu səbəbdən həm “Xırdalan” dairəsi, həm də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülür.
***
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Şamaxinka adlanan ərazidə avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən “Chevrolet” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
***
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Ətraf ərazilər yanğından mühafizə olunub.

Son xəbərlər
Son Xəbərlər