Samuxda yaşlı qadının xəsarətlər almış halda meyidi tapılıb.
“Qafqazinfo” xəbər verir ki, rayonun Burunqovaq kənd sakini 1939-cu təvəllüdlü Yahuzə Bəkirovanın meyiti aşkar edilib.
Onun üzərinə baxış zamanı qol və üz nahiyəsində yanıqlar və kəsilmiş yaralar aşkar edilib.
Həmçinin, evdəki müxtəlif əşyaların da yandığı məlum olub. Hadisə yerinə Samux rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma başlanılıb. Qadının evdə tək yaşadığı bildirilir.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər