Dekabrın 1–4-də Sankt-Peterburqdan dəvət olunmuş uşaq nevroloqu, tibb üzrə fəlsəfə doktoru Dr. İrina İvaşenko “Referans” Poliklinik Nəsimi filialında pasiyentləri qəbul edəcək.
Uşağın sağlamlığı ilə bağlı suallara aydın cavab tapmaq valideynlər üçün xüsusi əhəmiyyət daşıyır. Nevroloji şikayətlərin qiymətləndirilməsi zamanı isə əlamətlərin diqqətlə araşdırılması və fərdi yanaşma ön plana çıxır. “Referans Medical Group” bu istiqamətdə beynəlxalq mütəxəssis təcrübəsini yerli pasiyentlər üçün əlçatan edən növbəti həkim qəbulunu təşkil edir.
Sankt-Peterburqda yerləşən N. P. Bextereva adına İnsan Beyni İnstitutundan - “Институт мозга человека им. Н. П. Бехтеревой” -dəvət olunmuş Dr. İrina İvaşenkonun Bakıda keçirəcəyi qəbullar uşaqlarda müxtəlif nevroloji xəstəlik və şikayətlərin qiymətləndirilməsini əhatə edəcək.
Mütəxəssis sinir sistemi infeksiyaları, o cümlədən ensefalit və meningit, nevroloji-genetik xəstəliklər, serebral iflic, epilepsiya, serebral işemiya və psixosomatik sindromlar üzrə pasiyentləri müayinə edəcək.
Nevroloji əlamətlərin vaxtında qiymətləndirilməsi düzgün diaqnozun müəyyənləşdirilməsi və uyğun müalicə yanaşmasının seçilməsi baxımından əhəmiyyətlidir. Planlaşdırılan qəbullar valideynlərə övladlarının mövcud şikayətləri ilə bağlı mütəxəssis rəyi almaq imkanı yaradacaq.
Dr. İrina İvaşenkonun qəbulu yalnız əvvəlcədən randevu əsasında həyata keçiriləcək. Dekabrın 1–4-də keçiriləcək qəbullarda iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat və ətraflı məlumat: *0033 və ya 077 502 00 33.
Qəbul yeri: “Referans” Poliklinik Nəsimi filialı.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, M. Mirqasımov küçəsi 25A.
Son xəbərlər
Son Xəbərlər