“Qarabağ”ın zədəli futbolçusu Zakaria Savonun son durumu açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Məlumata görə, isveçli hücumçunun müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtılması aşkarlanıb. Onun 8 həftəyə yaşıl meydanlara geri qayıtması gözlənilir.
Xatırladaq ki, Savo UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ÇSKA (Sofiya) ilə Bolqarıstandakı cavab oyununda zədələnib.
Son xəbərlər
Son Xəbərlər