Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov saxlanılıb.
“Qafqazinfo” Gununsesi.info-ya istinadən xəbər verir ki, Məhəmməd Balaqdaşov bir sıra cinayətlərdə ittiham olunur.
Saxlanılmasından bir gün sonra isə YAP Balaqadaşovu Xaçmaz Rayon Təşkilatının sədri vəzifəsindən uzaqlaşdırıb.
Məhəmməd Balaqadaşovun saxlanma səbəbi isə onun bir sıra korrupsiya cinayətlərində təqsirli bilinməsidir.
Sabiq YAP sədrinin PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevlə sıx əlaqələrinin olması üzə çıxıb.
***
Hüquq-mühafizə orqanlarından saytımıza bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Xaçmaz rayonunda korrupsiya əməliyyatı keçirilməyib.
***
YAP-ın Xaçmaz Təşkilatının eks sədri Məhəmməd Balaqadaşov Gununsesi.info-ya açıqlamasında saxlanılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
“Saxlanılmağım barədə məlumat doğru deyil. Bu xəbəri kimsə məqsədli ötürüb. Mən YAP-ın rayon təşkilatının sədri idim. Artıq bu vəzifədən də getdim. İndi evimdə oturmuşam”.
O, barəsində hər hansı istintaq hərəkətlərinin aparılıb-aparılmaması barədə suala isə belə cavab verib:
“Mən bu dəqiqə sizlə danışıram. İnanmırsınızsa, gəlin Xaçmaza”.
Son xəbərlər
Son Xəbərlər