Səbaildə su təminatı bir gün ərzində bərpa edildi

sebailde-su-teminati-bir-gun-erzinde-berpa-edildi
Oxunma sayı: 539

Səbail rayonunun bəzi ərazilərinin su təminatında gün ərzində yaranan müvəqqəti fasilə səhər saatlarından bərpa edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İri Şəhərlərin Su Təchizatı” QSC məlumat yayıb. 

Bildirilib ki, 12 oktyabr gecə saatlarında magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində fasilə yaranmışdı. Hazırda abonentlərin su təminatı əvvəlki rejimlə icra olunur.