“Səbail”in yeni rəhbərləri onlardır - Fotolar

sebailin-yeni-rehberleri-onlardir
Oxunma sayı: 506

Bu gün “Səbail”in yeni rəhbərləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, klubun yeni İdarə Heyəti Amin Məmmədov, Mirzə Bayrampur və Sərxan İbrahimoğludan ibarətdir.

Klubun yeni prezidenti Mirzə Bayrampur çıxışında “Səbail”in yeni inkişaf strategiyası, uzunmüddətli məqsədləri və davamlı uğuru təmin edəcək idarəetmə modelindən danışıb.

Mərasim çərçivəsində “Səbail” PFK-nın 2026/2027-ci illər mövsümü üçün hazırlanmış yeni oyun formalarının təqdimatı keçirilib.

Ardınca klubun heyətinə cəlb olunan beş yeni əcnəbi futbolçu ilə rəsmi müqavilə imzalanıb. Bunlar Qana vətəndaşları – Peter Aqblevor və Ezekiel Morqan, Portuqaliya vətəndaşları – Yan Said və Aldo Josue Qomeş Soares, eləcə də Braziliya vətəndaşı Felipe Hulk olub.