“Səbrim tükənir yavaş-yavaş...” - Video

sebrim-tukenir-yavas-yavas
Oxunma sayı: 1866

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Cebrail Makreçkisin Kiyev “Dinamo”su ilə ilk görüşdə qırmızı vərəqə almasından danışıb. 

“Qafqazinfo” xəbər verir ki, təcrübəli məşqçi bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Cəbrayıl "Dinamo" ilə ilk oyunda qırmızı vərəqə ilə cəzalandırıldı və ona sakit yanaşdınız. Amma xatırlayıram, vaxtı ilə Kevin Medina və Miçel Madeyra qırmızı vərəqə ilə meydandan qovulanda onlara çox sərt reaksiya verilmişdi. Bu onu göstərir ki, ilk matçda artıq gedişatla razılaşmışdız, yoxsa illər sizi daha səbirli edib?” sualına belə cavab verib: “İnanın ki, illər məni səbirdən çıxarıb. Səbrim tükənir yavaş-yavaş. Orada oyun epizodları var. Futbolçu üçün gözlənilməz qırmızı vərəqədir, rəqibi görmürsən, səni qabaqlayır. Bu cür epizodlarda penalti də olur. Həmin epizod fərqli idi.

Miçel və Kevin Medina? Medina Ağadadaş Salyanskiyə qarşı sərt oynamışdı. Ona görə əsəbiləşmişdim ona. Miçelə nə qədər əsəbiləşsəm də, ən çox sevdiyim oyunçulardan biri olub. Məşqlərdə də çox danışırdı, işini 100 faiz yerinə yetirirdi. Ona bildirmişdim ki, qarşıda vacib oyun var, vərəqəyə diqqətli yanaşmalıyıq. Miçelə də ona görə əsəbiləşmişdim. Adam bəzən sadə epizodlara görə əsəbiləşir”.