ABŞ Prezidenti Donald Tramp Macarıstanda aprelin 12-nə təyin olunan parlament seçkilərində ölkənin Baş naziri Viktor Orbanı dəstəkləyəcəyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri bu barədə özünə məxsus “Truth Social” sosial şəbəkəsində paylaşım edib
Tramp Orbanı fenomenal nəticələr əldə etmiş, həqiqətən güclü və nüfuzlu lider kimi xarakterizə edərək, onun Macarıstan xalqı üçün yorulmadan mübarizə apardığını vurğulayıb:
“O, öz böyük ölkəsi və xalqı uğrunda yorulmadan mübarizə aparır və onları mənim ABŞ-ni sevdiyim kimi sevir. Viktor Macarıstanın qorunması, iqtisadiyyatın inkişafı, qeyri-qanuni miqrasiya ilə mübarizə və asayişin təmin edilməsi üçün bütün səylərini göstərir”.
Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Macarıstan və ABŞ arasındakı münasibətlər məhz Orbanın sayəsində əməkdaşlığın yeni zirvələrinə çatıb.
Tramp 2022-ci il seçkilərində də Orbanı dəstəklədiyini xatırladaraq, bu dəstəyi yenidən nümayiş etdirməkdən qürur duyduğunu bildirib:
“Viktor Orban əsl dost, mübariz və qalibdir. Onun yenidən seçilməsini tam dəstəkləyirəm, çünki o, əzəmətli macar xalqını heç vaxt məyus etməyəcək”.
Xatırladaq ki, Viktor Orban fevralın sonunda Donald Trampın rəhbərlik etdiyi “Sülh Şurası”nın (Board of Peace) ilk iclasında iştirak etmək üçün Vaşinqtona səfər edəcək.
Son xəbərlər
Son Xəbərlər