Sədrin müşaviri sektor müdiri oldu - Yenilənib

sedrin-musaviri-sektor-mudiri-oldu
Oxunma sayı: 4029

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində kadr dəyişikliyi olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, AQTA sədrinin müşaviri Elxan Mikayılov Qida təhlükəsizliyi şöbəsinin tərkibində fəaliyyət göstərən sektorlardan birinə müdir təyin olunub.

Qeyd edək ki, E.Mikayılov müşavir vəzifəsindən əvvəl Aparat rəhbəri vəzifəsini icra edirdi.

***

AQTA-dan sorğumuza cavab olaraq bildirilib ki, Elxan Mikayılov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdir müavini - sektor müdiri vəzifəsinə keçirilərək, fəaliyyətini davam etdirir.

Aslan Vəliyev