“Səfərin ləğvi müharibəyə qayıdış demək deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios”un müxbiri Barak Ravidlə telefon danışığında deyib.
O bildirib ki, Prezidentin xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin İranla danışıqların yeni mərhələsi üçün Pakistana planlaşdırılan səfərinin ləğvi müharibənin yenidən başlanacağı anlamına gəlmir.
“Xeyr, bu o demək deyil. Biz hələ bu barədə düşünməmişik”, – Tramp vurğulayıb.
O, Uitkoff və Kuşnerin Pakistana göndərilməməsinin vəziyyətin eskalasiyası kimi qiymətləndirilib-qiymətləndirilməməsi barədə sualı cavablandırarkən bu qərarın belə şərh edilməməli olduğunu vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər