Şəhid Anarın anası vəfat etdi

sehid-anarin-anasi-vefat-etdi
Oxunma sayı: 4298

Azərbaycan Ordusunun avqust ayında şəhid olan əsgəri Kazımov Anar Rüstəm oğlunun anası Alıyeva Səyyarə Murtuzalı qızı vəfat edib.

Şəmkir rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya  bildirilib ki, Alıyeva Səyyarə ötən gün Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada əməliyyat olub. Əməliyyatdan bir neçə saat sonra onun vəziyyəti pisləşib və dünyasını dəyişib. 

Xəbəri rus dilində oxuyun: Скончалась мать шехида Анара

Qeyd edək ki, Anar Kazımov 16.02.2004-cü ildə rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Avqustun 3-ü şəhid olub.